Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il sentyabrın 17-də Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 43 nəzarətçi‑müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәri yoxlayan 75 tapşırıq (65 qapalı tipli vә 10 açıq tipli), ümumi dünyagörüşü sәviyyәsini yoxlayan 15 tapşırıq (12 qapalı tipli vә 3 açıq tipli) vә verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 30 tapşırıq olmaqla, (25 qapalı tipli vә 5 açıq tipli) ümumilikdә 120 tapşırıq tәqdim olunub.
İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.
Tehsil-press.az