ADA məktəbinin XI sinif şagirdləri üçün riyaziyyat fənnindən monitorinq imtahanı keçirilib

ADA məktəbinin XI sinif şagirdləri üçün riyaziyyat fənnindən monitorinq imtahanı keçirilib Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il yanvarın 29-da ADA məktəbinin XI sinif şagirdləri üçün riyaziyyat fənnindən monitorinq imtahanı keçirilib.
COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və şagirdlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahan zallarında şagirdlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin edilib. Bundan əlavə, imtahanın idarə olunması prosesinə imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində, ümumilikdə ADA Universitetinin 3 tədris binasında təşkil olunub. İmtahanda 267 şagirdin iştirakı gözlənilirdi. Daxil olan ilk məlumatlara görə 30 şagird müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyib. İmtahanın təşkili və idarəedilməsi məqsədilə DİM əməkdaşlarından 3 nəfər imtahan rəhbəri və 22 nəfər isə zal nəzarətçisi qismində prosesə cəlb edilib.
İmtahanda 11-ci sinif şagirdlərinə riyaziyyat fənni üzrə qapalı və açıq tipli tapşırıqlar ( 13 qapalı, 5 hesablama tipli və 7 yazılı cavablandırılması tələb olunan açıq test tapşırıqları olmaqla, ümumilikdə 25 test tapşırığı) təqdim olunub.
Test tapşırıqlarının cavablandırılması üçün 1 saat vaxt ayrılıb.

Tehsil-press.az


Oxşar xəbərlər