Aİ Türkiyəyə 400 milyon avro yardım ayıracaq

Aİ Türkiyəyə 400 milyon avro yardım ayıracaq Avropa İttifaqı (Aİ) ölkələri 6 fevralda baş verən zəlzələlərə görə Türkiyəyə yardım göndərməyə razılaşıb.
Aİ 454,8 milyon avroluq təbii fəlakət yardımı paketini təsdiqləməyə razılaşıb.
Yardımın 400 milyonu fevral ayında baş verən Kahramanmaraş mərkəzli zəlzələlərə görə Türkiyəyə gedəcək.
Onun 33,9 milyon avrosu 2022-ci ildə quraqlıqdan əziyyət çəkən Rumıniyaya, 20,9 milyon avrosu isə 2022-ci ilin sentyabrında daşqınların dağıntılara səbəb olduğu İtaliyaya göndəriləcək.
Yardım Aİ büdcəsinin həmrəylik və təcili yardım üçün ayrılmış hissəsindən ödəniləcək.

Tehsil-press.az


Oxşar xəbərlər