Xəzər Universitetində “Səninləyəm Türkiyə” yardım kampaniyası davam edir

Xəzər Universitetində “Səninləyəm Türkiyə” yardım kampaniyası davam edir Türkiyənin Kahramanmaraş-Pazarcıkda baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar olaraq Xəzər Universitetində yardım kampaniyasına başlanılıb.
“Səninləyəm Türkiyə” kampaniyası çərçivəsində bu ölkəyə 20 min manat həcmində maliyyə yardımı göstərilib. Universitetdə toplanan yardım Türkiyəyə göndərilmək üçün Mərkəzi Yardım Toplama Məntəqəsinə təhvil verilib. Bakıda fəaliyyət göstərən Azərbaycan-Türkiyə İş Adamları Birliyi yardım kampaniyasında fəal iştirak edib.
Hazırda yardım kampaniyası davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər