Hər yerdən ölüm iyi gəlir

Hər yerdən ölüm iyi gəlir Liviyada seldə ölənlərin sayı 11 mini keçərkən, itkin düşən 10 min insanın cəsədi dənizdə çürüməyə başlayıb. Qoxunu dayandırmaq olmur. İnsanlar kütləvi məzarlıqlarda basdırılarkən bir illik fövqəladə vəziyyət elan edilib. Sentyabrın 10-da Liviyada “Daniel” qasırğasının törətdiyi daşqın nəticəsində yaranan dağıntıların miqyasının gözləniləndən qat-qat artıq olduğu hər gün daha aydın görünür. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiyası (OCHA) daşqından ən çox zərər çəkən Derne şəhərində vəziyyətin acınacaqlı olduğunu qeyd edib. O, 11 min 300 nəfərin öldüyünü, 10 mindən çox insanın itkin düşdüyünü açıqlayıb. Bildirilib ki, daşqın digər bölgələrdə də azı 170 nəfərin həyatına son qoyub. Axtarış-xilasetmə işlərinin davam etdiyi şəhərdə Türkiyə başda olmaqla müxtəlif ölkələrdən gələn yardım qrupları fasiləsiz şəkildə çalışır.
Liviya Qızıl Aypara Cəmiyyəti insanların kütləvi məzarlıqlarda basdırılması nəticəsində ölənlərin sayının ikiqat artacağını proqnozlaşdırır. Dernedə çox sayda bəndlərin aşması nəticəsində insanlar sel sularına qarışaraq dənizə tökülüb. Ona görə də dənizdən meyitlər fışqırır. Axtarış-xilasetmə qrupları ötən cümə günü çimərlikdə 400-ə yaxın insanın cəsədini tapıblar. Aralarında uşaqların da olduğu meyitlərin dəniz kənarındakı mağaraya sürükləndiyi qeydə alınıb. Dalğaların sahilə çıxardığı meyitlər zibil qalaqlarına ilişib, dəniz suyunda yavaş-yavaş çürüyür. Demək olar ki, bütün mülki əhalinin şəhəri tərk etməsi ilə Dərnə xəyallar şəhərini xatırlatmağa başlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər