Toy yasa döndü - 20 ölü

Toy yasa döndü - 20 ölü Hindistanın şimal-şərqində toy zamanı bədbəxt hadisə baş verib.
Toy mərasimi keçirilən yerin yaxınlığında qaz balonu partlayıb.
Məlumata əsasən, insident cümə günü axşam Radcasthan ştatının Beavar şəhərində qeydə alınıb. Partlayışın gücündən məclis keçirilən bina çöküb. Xilasedicilər dağıntıların altından 18 nəfərin cəsədini çıxarıblar. Daha 18 nəfər isə xəsarət alıb.
Bundan əlavə 2 nəfərin isə dağıntıların altında qaldığı güman edilir.
Axtarış xilasetmə işləri davam edir.
Hökumət ölənlərin ailəsinə 200 min rupi, yaralılara isə 50 min rupi yardım edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər