Rusiyalı alimlər Qafqazşünaslıq İnstitutunda olublar

Rusiyalı alimlər Qafqazşünaslıq İnstitutunda olublar Rusiya Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun Yaxın və postsovet Şərq şöbəsinin əməkdaşları Razil Quzaerov və Alina Sbitneva AMEA-nın Qafqazşünaslıq İnstitutunda olublar.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı və şöbə müdirləri ilə görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Daha sonra “2023-cü il seçkilərindən sonra Türkiyə Cümhuriyyətinin xarici siyasəti” və “Türk faktoru və mədəni rəğbət” mövzularında müzakirələr aparılıb. Musa Qasımlı Razil Quzaerova “Türkiyə Cümhuriyyətinin xarici siyasətində Azərbaycan Respublikasının yeri” mövzusunda yazdığı dissertasiya işi barədə onun xahişi ilə tövsiyələrini verib.

Tehsil-press.az



Oxşar xəbərlər