Qafqazşünaslıq İnstitutu əməkdaşlarının dissertasiya işləri onlayn müzakirə edilib

Qafqazşünaslıq İnstitutu əməkdaşlarının dissertasiya işləri onlayn müzakirə edilib AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşları Günel Musayeva və Günay Feyziyevanın dissertasiya işlərinin onlayn müzakirəsi keçirilib.
Müzakirə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix, Beynəlxalq münasibətlər və xarici siyasət kafedralarının müəllim, dosent və professorlarının iştirakı ilə reallaşıb.
Elmi müəssisənin Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva “Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2013-cü illər)”, Şimali Qafqaz şöbəsinin elmi işçisi Günay Feyziyeva isə “Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycan Respublikasının yeri və rolu” mövzusunda tədqiqat aparıblar.

Tehsil-press.az

Oxşar xəbərlər