Bunu etsəniz, 300 manat cərimələnəcəksiniz

Bunu etsəniz, 300 manat cərimələnəcəksiniz Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edib inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr 50% artırılıb.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, cərimə 300 manata olub. İndiyə qədər qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə 200 manat idi.
Həmçinin, bu xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə cərimələr də 400 manatdan 500 manata qaldırılır.

Tehsil-press.az


Oxşar xəbərlər