Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld ilə görüşüb.
Görüşdə təhsil sahəsində əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023–2024-cü tədris ili üzrə təqaüd qazanmış Azərbaycan vətəndaşlarının təhsil üçün Böyük Britaniyanın ali təhsil müəssisələrinə üstünlük vermələri vurğulanıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər