“MİDA-nın sisteminə kiberhücumlar olur”

“MİDA-nın sisteminə kiberhücumlar olur” “Son illər Mənzil İnşaatı Dövlət Agentliyinin sistemində nasazlıqların olması, kiberhücumlarla bağlı bizə vətəndaş müraciətləri olur. Müraciətlər aidiyyəti qurumlarla birgə araşdırılır və onlarla bağlı tədbirlər görülür”.
Bu barədə Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) Baş prokurorun xüsusi ilə mühüm işlər üzrə böyük köməkçisi Rail Bayramlı bildirib.
“Kibercinayətlər əsasən transmilli xarakter daşıdığına görə, beynəlxalq əməkdaşlıq burada vacib rol oynayır. Belə hallar olduqda bizə müraciətlər olunur və Baş Prokurorluq dövlətin səlahiyyətli qurumlarına bununla bağlı müraciət edir və müaviq məlumatların alınmasına yardımını göstərir”, - o qeyd edib.
R. Bayramlı əlavə edib ki, qanunvericiliyə kibercinayətlərlə bağlı 2012-ci ildə dəyişikliklər ediləndən sonra bu sahə daha geniş inkişaf edib:
“Lakin hələ də bəzi terminlər, ifadələr qanunvericilikdə öz əksini tapmır. Hazırda həmin termin və ifadələrin daha açıq şəkildə göstərilməsi üzərində iş gedir və müəyyən dəyişikliklər nəzərdə tutulur”.

Tehsil-press.az


Oxşar xəbərlər