Liviyanın Baş prokuroru Sıddık as-Sur ölkənin şimal-şərqində baş verən daşqınlardan ən çox zərər görən Derna şəhərinin bələdiyyə sədrinin həbs olunmasına göstəriş verib.
Libya al-Ahrar telekanalı bu barədə Liviya Baş prokurorluğunun nümayəndəsinə istinadla məlumat yayıb.
“Baş prokuror daşqınlar zamanı su bəndlərinin dağılması səbəbindən Derna şəhərinin merinin və su resursları idarəsinin vəzifəli şəxslərinin həbsinə qərar verib”, - deyə məlumatda bildirilir.
Hazırda su bəndinə nəzarətə məsul olan 16 məmura qarşı cinayət işi açılıb. Bundan başqa, Derna meri şəhər yaxınlığında yerləşən bəndlərin yenilənmə işlərinə ayrılan vəsaitin məqsədli xərclənməsinə dair sübutlar təqdim etmədiyinə görə məsuliyyətə cəlb olunub.
Baş prokurorluq, həmçinin faciənin baş verməsində təqsirkar bilinən digər şəxslərə qarşı dəqiq təhqiqatın aparılmasını və onların məsuliyyətə cəlb olunmasını tələb edib.
Tehsil-press.az