Ekvadorda hücum nəticəsində şəhər meri həlak olub

Ekvadorda hücum nəticəsində şəhər meri həlak olub Ekvadorun qərbində yerləşən Manta şəhərinin meri hücum nəticəsində həlak olub.
Bu barədə Ekvador Prezidenti Guillermo Lasso tviter hesabında yazıb. O, təqsirkarların tapılması və məsuliyyətə cəlb edilməsi üçün polisə əmr verib.
Ekvadorun daxili işlər naziri Xuan Sapara dörd nəfərin, o cümlədən hücum edən iki nəfərin yaralandığını bildirib.
Hadisənin səbəbləri araşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər