Sentyabrın 29–da Rusiya Federasiyası Xalq Təsərrüfatının İdarəedilməsi və Dövlət Qulluğu Akademiyasının (RANXiQS) Jurnalistika fakültəsinin dekanı Vladimir Silkin, İnformasiya proseslərinin idarə edilməsi kafedrasının professoru Nizami Mamedov, Regional idarəetmə kafedrasının dosenti Lyudmila Andreyeva və RANXiQS–in nəzdində Volqoqrad İnstitutunun direktor müavini Aleksandr Almosov Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Görüşdə ADPU–nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Taisa Mamedova iştirak ediblər.
Tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, qarşı tərəf linqvistik proqramlar üzərində əməkdaşlıq edərək müəllim hazırlığında ADPU-nun dəstək göstərməsində maraqlı olduqlarını bildiriblər. Bundan əlavə, universitetlərarası əlaqələri inkişaf etdirmək və birlikdə məqalələr dərc etdirmək arzusunu ifadə edərək, əməkdaşlığın faydalı olacağını vurğulayıblar.
Qonaqlar ADPU–nun tədris binası, eləcə də Kitabxana-İnformasiya Mərkəzi və Heydər Əliyev muzeyi ilə tanış olublar.
Tehsil-press.az