Alimlər tərəfindən Böyük Adron Kollayderində (Large Hadron Collider) aparılan tədqiqatlarda ilk dəfə olaraq neytrinonun birbaşa müşahidə olunduğu qeyd edilir. Alınmış nəticələr zərrəciklərin necə əmələ gəldiyini və kainatın təkamülündə onların rolunu öyrənməyə kömək edəcək.
Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Sirli subatom zərrəciklərin adi materiyadan fərqliliyi, maneəsiz olaraq oranı tərk etməsi - onların “ruh-zərrəcik” ləqəbi ilə tanınmasına səbəb olub. Bu tədqiqatların nəticələrinə dair iki məqalə “Physical Review Letters” jurnalında çap edilib.
Qeyd edək ki, təcrübələrdə FASER (ForwArd Search ExpeRiment) detektorundan istifadə edilib və nəticələr, Kaliforniya Universitetinin elementar zərrəciklər üzrə mütəxəssisi Jonatan Fenq tərəfindən bu ilin mart ayında İtaliyada keçirilən “Rencontres de Moriond Electroweak Interactions and Unified Theories” konfransında açıqlanıb. Alim çıxışında – “Tamamilə yeni mənbədən istifadə etməklə iki böyük enerjiyə malik zərrəciklər dəstəsini toqquşdurmaqla tərəfimizdən neytrino aşkarlanmışdır” - deyib.
Neytrino - kainatda ən çox yayılmış subatom hissəciklərindən biridir. Bu baxımdan o yalnız fotonlardan geri qalır. Onların elektrik yükü yoxdur, kütləsi demək olar ki, sıfırdır. Bu səbəbdən digər hissəciklərlə praktiki olaraq qarşılıqlı təsirdə olmurlar. İnsan bədənindən yüz milyardlarla neytrino keçir. Onlar enerji mübadilələri zamanı, məsələn, ulduzların daxilində gedən nüvə sintezi və ya ifratyeni ulduz (supernova) partlayışları zamanı əmələ gəlirlər. Kosmosun “dərinlikləri” haqqında başqa heç cür əldə edə bilmədiyimiz məlumatları neytrinoları öyrənməklə əldə etmək olar.
Diqqətə çatdırılır ki, FASER tədqiqat qrupu detektor vasitəsilə əldə olunmuş məlumatları hələ ki tam analiz etməyib. Gələcəkdə bu sahə üzrə yeni eksperimentlərin aparılması nəzərdə tutulur.
Tehsil-press.az