Fizika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Fizika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun Nüvə və yüksək enerjilər fizikası laboratoriyasının böyük elmi işçisi fizika üzrə fəlsəfə doktoru dosent Şahin Məmmədov və laboratoriyanın kiçik elmi işçisi doktorant Nərmin Nəsibovanın həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu “Physical Review D” jurnalında dərc olunub.
Məqalə aktual mövzuya ağır ionların toqquşması zamanı yaranan nuklon maddəsi daxilində elementar zərrəciklərin qarşılıqlı təsir məsələlərinin öyrənilməsinə həsr olunub.

Tehsil-press.az


Oxşar xəbərlər