Türkiyə və Gürcüstan parlamentləri sədrləri Dublində keçirilən görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri və parlament sədrlərinin üçtərəfli formatda görüşünün keçirilməsi barədə razılığa gəliblər.
Bu barədə Gürcüstanın AŞPA-dakı parlament nümayəndə heyətinin rəhbəri İrakli Çikovani məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişaf perspektivləri, regiondakı vəziyyət barədə fikir mübadiləsi aparıblar. Mövcud problemlərin həllində parlament diplomatiyasının vacibliyi qeyd olunub. Bu məqsədlə də Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi, parlament sədrlərinin üçtərəfli formatda görüşünün bərpası, eləcə də parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub.
Tehsil-press.az