ADNSU-da doktoranturaya 60 nəfər qəbul olunub

ADNSU-da doktoranturaya 60 nəfər qəbul olunub 2023-2024-cü tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertantların qəbulu başa çatıb. ADNSU-da müxtəlif ixtisaslar üzrə doktoranturaya 60 nəfər qəbul olunub.
Kompüter elmləri, geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları, quyuların qazılması texnologiyası, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, sənaye istilik energetikası və digər ixtisaslar üzrə qəbul həyata keçirilib. Vakant yerlərlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub, bu yerlərlə bağlı növbəti mərhələdə qəbul aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər