ADNSU-nun bakalavriat səviyyəsinə ilkin mərhələdə 3405 tələbə qəbul olunub

ADNSU-nun bakalavriat səviyyəsinə ilkin mərhələdə 3405 tələbə qəbul olunub Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul planı ilk mərhələdə 94,45 faiz yerinə yetirilib.
2023-2024-cü tədris ilində I ixtisas qrupu üzrə ADNSU üçün ayrılmış 3605 yerdən 3405 yerə tələbə qəbul olunub.
Universitetdə üç dildə - Azərbaycan, ingilis və rus dillərində 30 ixtisas üzrə tədris aparılır. Bunlardan 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib.

Tehsil-press.az


Oxşar xəbərlər