“İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda milli təlim başa çatıb

“İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda milli təlim başa çatıb Dövlət İmtahan Mərkəzi (DİM) və İnkişaf Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin (APCICT/ESCAP) birgə təşkilatçılığı keçirilən ikigünlük “İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda milli təlim başa çatıb.
40-dan çox dövlət orqanının nümayəndələrinin iştirakı ilə keçirilən təlim dövlət qurumları və bu sahədə maraqlı tərəflər arasında informasiya təhlükəsizliyi və məxfilik konsepsiyaları haqqında məlumatların öyrədilməsi məqsədi daşıyıb. Təlimdə informasiya təhlükəsizliyi ilə bağlı təhdidlər və çağırışlar, informasiya təhlükəsizliyi siyasətinin əhəmiyyəti, yaradılması və həyata keçirilməsinə dair tələblər və digər ölkələrdə beynəlxalq informasiya təhlükəsizliyi təşkilatları tərəfindən müəyyən edilən məxfiliyin qorunması standartları haqqında mövzular iştirakçılara təqdim olunub. İştirakçılarla mövzulara dair qrup işləri və interaktiv tapşırıqlar həyata keçirilib.
Təlimi APCICT-in Elektron Məxfilik Məlumat Mərkəzinin Kibertəhlükəsizliyin idarəolunması üzrə direktoru Freddy Tan aparıb.
Təlimin ikinci gününün sonunda iştirakçılara DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və APCICT/ESCAP-in direktoru Kiyounq Ko tərəfindən sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər