İnformasiya təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı mühüm tədqiqatlar aparılır

İnformasiya təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı mühüm tədqiqatlar aparılır Ölkədə informasiya təhlükəsizliyi sahəsində ilk tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda reallaşıb. İnstitutda informasiya təhlükəsizliyinin texnoloji aspektləri ilə yanaşı, siyasi-ideoloji, iqtisadi, humanitar, kulturoloji və s. aspektləri ilə bağlı mühüm araşdırmalar aparılır.
Bu barədə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məlumat verib.
“Kibertəhlükəsizliklə bağlı ən vacib məsələlərdən biri şəbəkələrdə təhlükəsizliyin təmin olunması ilə əlaqədar baş verən insidentlərə operativ reaksiya verilməsi, onların analizi və ümumiləşdirilməsidir”, – deyən institutun direktoru bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığın böyük səmərə verəcəyinə əminliyini ifadə edib.
İnternetin vüsət alması ilə informasiya təhlükəsizliyinə konseptual baxışların dəyişdiyini deyən akademik institutda 1990-cı illərdən etibarən informasiya təhlükəsizliyi ilə bağlı 400-ə yaxın məqalənin dərc olunduğunu, informasiya texnologiyalarının inkişaf tempi ilə ayaqlaşaraq yeni problemlər üzrə tədqiqatların aparıldığını vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər