Beynəlxalq Memarlar İttifaqının prezidenti və müxtəlif ölkələrdən olan üzvləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Universitetin rektoru memarlıq doktoru Gülçöhrə Məmmədova qonaqlara universitet haqqında geniş məlumat verib. Ölkəmizdə memarlıq və inşaat sahəsi üzrə 100 illik ali təhsil ənənəsinin olduğunu vurğulayan rektor bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri ilə 1975-ci ildə yaradılan AzMİU o zamanlar öz profili üzrə Cənubi Qafqazın ən böyük ali təhsil müəssisəsi olub: “Bu gün universitetimizdə memarlığın və inşaatın bütün istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda on bir minə yaxın tələbəmiz, əlli mindən çox məzunumuz var və heç şübhəsiz, növbəti illərdə bu rəqəmlər artacaq. Bu da ölkəmizdə inşaat sahəsinin, memarlığın inkişafı ilə əlaqədardır. Ümumiyyətlə, son iyirmi ildə ölkəmizdə aparılan sürətli tikinti-quruculuq işləri və son üç ildə işğal altında olan torpaqlarımızın azad olunması memarlara və inşaat mühəndislərinə tələbatı xeyli artırıb”.
Rektor universitetin beynəlmiləlləşdirilməsi ilə bağlı aparılan sistemli işlərdən də danışıb. Qeyd edib ki, Dünya Universitetləri Assosiasiyasına üzv olan AzMİU-nun memarlıq və inşaat mühəndisliyi üzrə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur: “Əməkdaşlıq etdiyimiz universitetlər arasında Türkiyə, İtaliya, Fransa, İspaniya və MDB ölkələrinin ali təhsil müəssisələri çoxluq təşkil edir. Biz beynəlxalq əlaqələrimizdən istifadə edərək modernləşmə işini də həyata keçiririk. Məsələn, memarlıq ixtisasına Böyük Britaniya Memarlıq Kral İnstitutu (RİBA) tərəfindən akkreditasiya verilib ki, postsovet məkanında başqa heç bir ali təhsil ocağının memarlıq ixtisası üzrə belə nailiyyəti yoxdur. Aparıcı universitetlərlə ikili diplom müqaviləmiz əsasında tədris proqramlarımız yenilənib, daha da müasirləşdirilib”.
Kadr hazırlığında tədrislə yanaşı, praktik vərdişlərin formalaşdırılmasına da üstünlük verildiyini vurğulayan rektor AzMİU-nun bir sıra yerli və beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Memarlar İttifaqı ilə əməkdaşlığından danışıb. Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU müəllimləri və tələbələrinin Dünya Memarlar Konqresində iştirakı, onların məşhur memarlarla ünsiyyəti və əlaqə qurması təmin olunur: “Kopenhagendə keçirilən son konqresdə iki müəllimimiz və beş tələbəmiz iştirak etdi. Bundan əvvəlki konqreslərdə də iştirak etmişik və bu prosesi davam etdirəcəyik”.
Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə isə çıxışında Azərbaycandakı qədim Alban məbədlərinə diqqət çəkərək qeyd edib ki, bu məbədlərin böyük əksəriyyəti vaxtilə işğal altında olub və ermənilərin təxribatlarına məruz qalıb: “Azərbaycanda Alban və xristian memarlığını mərhum professor Davud Axundov araşdıraraq dünyaya təqdim edib. Professor Gülçöhrə Məmmədova onun ən böyük davamçısı olaraq bu işləri davam etdirir. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərimizdə saxtalaşdırılan memarlıq abidələrimiz onun rəhbərliyi ilə peşəkar memarlarımız tərəfindən yüksək şəkildə bərpa edilərək öz görkəminə qaytarılacaq”.
Beynəlxalq Memarlar İttifaqının prezidenti, meksikalı professor Xose Luis Kortes çıxış edərək görüş üçün təşəkkürünü bildirib və Azərbaycanda memarlığa, xüsusilə ölkənin memarlıq təhsilinə qayğının hiss olunduğunu deyib. Beynəlxalq Memarlar İttifaqının prezidenti qeyd edib ki, ölkəmizdə memarlığa olan xoş münasibət sevindiricidir və yaxın gələcəkdə reallaşacaq böyük uğurların xəbərçisidir. Xose Luis Kortes, həmçinin dünyanın müxtəlif ölkələrində apardığı tədqiqatlar, memarlığın inkişafı ilə bağlı araşdırmaları haqqında məlumat verərək AzMİU-nun memarlıq ixtisası üzrə professor-müəllim heyəti ilə əməkdaşlığa açıq olduğunu qeyd edib.
Türkiyənin Memar Sinan Universitetinin professoru Deniz İncedayi çalışdığı universitetin AzMİU ilə əməkdaşlığından məlumatlı olduğunu bildirib. O qeyd edib ki, AzMİU ilə yaxından tanışlığı onu bu universitet haqqında təəssüratlarını daha da yüksəldib və əməkdaşlıq üçün yeni perspektivlər yaradıb.
Memarlığın inkişafı üzrə nüfuzlu “Barbara Kappoçin” Fondunun prezidenti Cüzeppe Kappoçin AzMİU və ölkəmizdə memarlığın inkişafı ilə bağlı təəssüratlarının yüksək olduğunu qeyd edib: “Bilirəm ki, bu universitetin İtaliyanın memarlıq ali təhsil müəssisələri ilə əlaqələri yüksək səviyyədədir. Bu, sevindirici haldır. Azərbaycana səfərim və AzMİU ilə tanışlıq təəssüratlarımı artırdı. Hesab edirəm ki, biz əlaqələrimizi daha da inkişaf etdirə bilərik”.
Hindistan Memarlıq İnstitutunun professoru Divya Kuş Azərbaycan memarlığına vurğunluğunu ifadə edib və Bakını memarlıq muzeyi adlandırıb: “Bizə məlumat verildi ki, şəhərdəki tikililərin böyük əksəriyyəti sizin məzunlarınız tərəfindən layihələndirilib və inşa olunub. Şəhərin demək olar ki, hər yerində fərqli memarlıq nümunələrinə rast gəlmək mümkündür. Məzunlarınızın əl işi olan Bakını memarlıq muzeyi də adlandırmaq olar. Düşünürəm ki, Bakının gözəlliyində sizin universitetinizin payı böyükdür və bu uğurunuza görə sizi təbrik edirəm”.
Cənubi Afrika Respublikasından olan memar, “FGG Architects Inc” şirkətinin direktoru Kevin Bingham çıxışında AzMİU-da memarlıq təhsili üçün yaradılan şəraitin və yaradıcı mühitin diqqətini cəlb etdiyini deyib. O, layihələri, tədqiqatları və şəhərsalma ilə bağlı qabaqcıl təcrübə haqqında danışıb, əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüşdən sonra qonaqlar Memarlıq fakültəsinin maddi-texniki bazası, tədris laboratoriyaları, tələbələrin kurs işləri, müxtəlif zamanlarda müəllim və tələbələr tərəfindən icra edilən layihələrin eskizləri ilə tanış olublar. Tanışlıqdan sonra lokal müzakirələr təşkil olunub və xarici memarların fakültə ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Tehsil-press.az