Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Gavgalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin elmi-texniki potensialı, müəllim-tələbə kontingenti, xarici əlaqələri, fakültə və ixtisasları haqqında məlumat verib.
Rektor Mehmet Gavgalı Karamanoğlu Mehmetbey Universitetində yaxın gələcəkdə memarlıq fakültəsinin yaradılacağını və bu prosesdə AzMİU-nun memarlıq üzrə ali təhsil sahəsindəki zəngin təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib.
Görüş zamanı nümayəndə heyətinin iştirakı ilə uyğun ixtisaslar üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Qərara alınıb ki, əməkdaşlıq üzrə iş planının hazırlanması üçün hər iki universitetdən olan mütəxəssislərdən ibarət işçi qrupu yaradılsın.
Bundan əlavə, görüşdə iki universitet arasında müəllim-tələbə mübadiləsi, beynəlxalq təhsil proqramlarında və layihələrində birgə iştirak məsələləri, həmçinin sənaye-universitet əməkdaşlığı üzrə Azərbaycan və Türkiyə təcrübələri müqayisəli şəkildə müzakirə olunub.
Tehsil-press.az