İtaliyanın Naba Akademiyasının Tədqiqat İnstitutunun direktoru Elisa Poli ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində görüş keçirilib.
Görüşdə beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva qonağa AzMİU haqqında geniş məlumat verib. O, İtaliyanın ölkəmizdəki səfirliyi və bu ölkənin universitetləri ilə AzMİU-nun əlaqələrindən danışıb. Nərgiz Abdullayeva qeyd edib ki, bu günə kimi birgə bir çox layihə icra edilib və əməkdaşlığın bariz nümunəsi olaraq AzMİU-da İtaliya-Azərbaycan Dizayn Mərkəzi fəaliyyət göstərir.
Elisa Poli isə Naba Akademiyası haqqında ətraflı məlumat verib. AzMİU-da memarlıq və dizayn istiqamətində həyata keçirilən tədris proqramları, tədris dilləri və Memarlıq fakültəsinin əldə etdiyi RİBA akkreditasiyasını yüksək qiymətləndirən qonaq Naba Akademiyasının AzMİU ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.
Görüşdə əlaqələrin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanlarının araşdırılması qərara alınıb.
Sonra Elisa Poli Memarlıq fakültəsinin tədris auditoriyaları, dərs prosesi, İtaliya-Azərbaycan Dizayn Mərkəzi, sərgi salonu ilə tanış olub, professor-müəllim heyəti və tələbələrlə söhbət aparıb.
Görüşdə AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev, Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, fakültənin müəllimləri, eləcə də universitetin əməkdaşları iştirak ediblər.
Tehsil-press.az