BDU-nun “SABAH” qrupları tələbələrinin Qobustan palçıq vulkanlarına infosessiyası

BDU-nun “SABAH” qrupları tələbələrinin Qobustan palçıq vulkanlarına infosessiyası Bakı Dövlət Universitetinin (BDU) “SABAH” Mərkəzi tərəfindən “SABAH” qruplarının Coğrafiya müəllimliyi ixtisasının tələbələri üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və Çeyildağ palçıq vulkanına infosessiya təşkil olunub.
Fiziki coğrafiya kafedrasının müəllimləri Rəşad Sədullayev və Aruz Mikayılovun rəhbərliyi ilə həyata keçirilən infosessiya zamanı tələbələrə palçıq vulkanizmi və onun geoturizm potensialı barədə ətraflı məlumat verilib.
Tələbələr palçıq vulkanları üzərində morfometrik ölçmə işləri aparıb, püskürülən palçığın neft və qaz maddələri ilə əlaqəsini təhlil ediblər. Eyni zamanda, əraziyə xas olan gilli süxur və yarımsəhra bitkilərindən nümunələr götürüblər.
İnfosessiyanın məqsədi Azərbaycan ərazisində yayılmış palçıq vulkanlarında müşahidələr aparmaq, onların fəaliyyətini izləmək, faydaları ilə tanış olmaqdır.

Tehsil-press.az




Oxşar xəbərlər