Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin Şimali Makedoniya və Albaniyanın Brüsseldə keçiriləcək Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammitində iştirak edib-etməməyi nəzərdən keçirdiyini deyib.
Serbiya Prezidenti Albaniyanın Baş naziri Edi Rama və Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə videokonfrans formatında keçirdiyi görüşdə Açıq Balkan təşəbbüsünün üzvü olan bu iki ölkə ilə Aİ sammitində iştirak məsələsini müzakirə edib.
A.Vuçiç Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel ilə görüşündə isə Serbiya, Albaniya və Şimali Makedoniyanın Brüsseldə keçiriləcək Aİ-Qərbi Balkan ölkələri sammitində mümkün iştirakla bağlı birgə qərarının sabah açıqlanacağını bildirib.
Qeyd edək ki, Qərbi Balkan regionundakı 6 ölkənin lideri iyunun 23-24-də Brüsseldə keçiriləcək Aİ Liderlərinin Zirvə Toplantısına dəvət edilib.
Tehsil-press.az