Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişinə əsasən, Astana zəlzələdən zərər çəkən Əfqanıstana humanitar yardım göndərəcək.
Bu məsələ Qazaxıstan hökumətinin iclasında müzakirə olunub. Humanitar yardıma ərzaq, çadırlar, tibbi preparatlar, geyim əşyaları və digər məhsullar daxildir. Humanitar yüklər yaxın vaxtlarda aviasiya və dəmir yolu nəqliyyatı vasitəsilə Əfqanıstana çatdırılacaq.
Qazaxıstan, həmçinin təbii fəlakətdən zərərçəkən bölgələrə xilasedicilər, o cümlədən kinoloqlar göndərəcək.
Oktyabrın 7-də Əfqanıstanda çoxsaylı insan tələfatı ilə nəticələnən 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Herat şəhərindən 42 kilometr şimal-qərbdə, ocağı isə yer səthindən 10 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində 2,4 mindən çox insanın öldüyü və ən azı 2 min nəfərin xəsarət aldığı bildirilir.
Tehsil-press.az