“Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü təsdiqlənib

“Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü təsdiqlənib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda müzakirəyə çıxarılan birinci məsələ “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün təsdiq edilməsi haqqında olub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 28 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışan AMEA prezidenti akademik İsa Həbibbəyli Tədbirlər Planının “Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri” haqqında 10-cu bəndinin əsas icraçılarından biri kimi AMEA-nın müəyyən edildiyini xatırladıb. AMEA rəhbəri qeyd edib ki, akademiyada 2023-2025-ci illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulub.
Bu istiqamətdə fəaliyyətin sistemli təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən 2022-ci il dekabrın 8-də müvafiq qərarın qəbul olunduğunu deyən akademik İsa Həbibbəyli həmin sənədin 5-ci bəndində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ensiklopediyanın sözlüyünün hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsinin tapşırıldığını bildirib. AMEA rəhbəri diqqətə çatdırıb ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən 12 bölmə üzrə 862 sözdən ibarət ensiklopediyanın sözlüyü qısa müddətdə hazırlanaraq Rəyasət Heyətinə təqdim edilib və sözlüyün müzakirəsini təmin etmək və son variantını hazırlamaq məqsədilə komissiya yaradılıb. Ötən müddət ərzində təkrarlar aradan qaldırılaraq sözlükdə sözlərin sayı 500-ə endirilib və əlavə yeni 40 söz artırılıb.
Daha sonra təqdim olunmuş sözlük müzakirə edilərək Rəyasət Heyəti tərəfindən təsdiqlənib.

Tehsil-press.az



Oxşar xəbərlər