Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müəllimi Nigar Hüseynovanın hüceyrələrin metabolik aktivliyini təyin etmək üçün istifadə edilən kolorimetrik test - MTT ilə bağlı elmi seminarı keçirilib.
N.Hüseynova bildirib ki, aktiv dərman maddələri, kosmetik vasitələr, gigiyenik məhsullar, ekoloji kimyəvi maddələr, ağır metallar bir çox fərqli mexanizmlərlə hüceyrəyə sitotoksiki təsir edərək hüceyrələrin qismən apaptozu, nekrozu və ya autofagiyasına səbəb olur. Bu zaman təsiredici preparatların sitotoksikiliyini təyin etmək üçün müxtəlif metodlardan (boyama metodları, kolorimetrik metodlar, fluorometrik metodlar və s.) istifadə edilərək hüceyrələrin canlılıq faizi müəyyənləşdirilir.
Kolorimetrik üsullar hüceyrələrdə metabolik aktivliyi təyin etmək üçün biokimyəvi markerin ölçülməsinə əsaslanır. Hüceyrə canlılığı spektrofotometrik üsulla təyin edilir. MTT testinin prinsipi canlı hüceyrələrdə mitoxondrial funksiyanın göstəricisi olan MTT-nin formazan kristallarına çevrilməsinə əsaslanır. MTT testi zamanı canlı hüceyrələrdə mövcud olan NAD(F)H-dan asılı oksidoreduktazalar (dehidrogenazalar) 370 C-də tetrazol duzlarını suda həll olmayan bənövşəyi rəngli formazan kristallarına qədər reduksiya edir. Suda həll olmayan formazan kristalları müəyyən həlledicilər (DMSO-dimetil sulfoksid) vasitəsilə həll olunur. Alınan rəngli məhsul kəmiyyəti multiyuvalı spektroskopik oxuyucuda 570nm dalğa uzunluğunda oxunur. Tətbiq edilən MTT testi nəticəsində İC50 dəyərlərinin hesablanması təsiredici preparatların effektivliyini təyin etməyə imkan verir.
Sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Tehsil-press.az