Bakı Dövlət Universitetinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamanov Daşkənd Dövlət Universiteti və Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanizasiyası Universitetinin dəvəti ilə həmin ali məktəblərin tələbə, magistr, doktorant və professor-müəllim heyətinin birləşmiş seminarında ustad dərsi keçib.
Elmi seminarda M.Qocamanov “Geodeziya elminin əsas elmi məsələsi və onun həll metodları” mövzusunda mühazirə oxuyub.
Mühazirədə alim geodeziyanın əsas elmi məsələsinin məzmunu və bu məzmunun elmi-texniki tərəqqi ilə müxtəlif dövrlərdə dəyişilməsi, həll metodları haqqında məlumat verib. Qeyd olunub ki, bu məsələnin ciddi həll üsulları M.S.Molodenski nəzəriyyəsinə, praktiki həlli isə raket texnologiyası və kosmonavtikanın inkişafına əsaslanır. Təbii və süni səma cisimlərinin müşahidələrinə əsaslanan kosmik geodeziya metodları isə geodeziyanın əsas elmi məsələsinin həllində əhəmiyyətlidir və dəqiqliyin artırılmasına xidmət edir.
Elmi seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Tehsil-press.az