Son 20 ildə mədəni irsimizin bir çox örnəklərinin tədqiqi və dünyaya tanıdılması istiqamətində dövlət əhəmiyyətli işlər görülüb
Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, eyni zamanda, bu dəyərlərin ümumbəşəri dəyərlərlə sintezi və zənginləşməsi Prezident İlham Əliyevin mənəvi-mədəni inkişafa yönəlmiş siyasətinin qaynaqlarından birini təşkil edir. Ölkə Prezidenti Novruz bayramı şənliyindəki çıxışlarından birində xüsusi vurğulayıb ki, “Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə həmişə sadiq olmuşdur. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır... Müstəqil Azərbaycan dövləti də milli-mənəvi dəyərlər üzərində qurulmuşdur”.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətimizin mühafizəsinə, inkişaf etdirilməsinə, eləcə də onun yüksək amallarının, bədii-estetik və humanist keyfiyyətlərinin dünyaya tanıdılmasına yönələn siyasətini uğurla davam etdirməkdədir. Təsadüfi deyil ki, İlham Əliyevin ölkə Prezidenti seçildikdən sonra ilk imzaladığı sənədlərdən biri Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikası Qanunu”nun icrasının təmin edilməsi haqqında Fərman olub.
Bunu AMEA Folklor İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov deyib. O bildirib ki, son iyirmi ildə mədəni irsimizin bir çox örnəklərinin – tar və kamança ifaçılığı sənətinin, ənənəvi xalçaçılığın və ənənəvi kəlağayı sənətinin, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposlarının, Molla Nəsrəddin lətifələrinin, aşıq və muğam sənətlərinin, Novruz bayram kompleksinin, Çövkən və Qarabağ atüstü oyunlarının tədqiqi və dünyaya tanıdılması istiqamətində böyük miqyasda dövlət əhəmiyyətli işlər görülüb. 2000-ci illərin əvvəllərindən bu günədək İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, Qobustan qaya sənəti və mədəni landşaftı, Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına, “Lahıc misgərlik sənəti”, “Azərbaycan aşıq sənəti”, “Azərbaycan muğamı”, “Novruz bayramı”, “Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, “Qarabağ atüstü oyun ənənəsi – Çövkən”, “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Tar və tar ifaçılığı”, “Kamança hazırlanması və ifaçılığı”, “Ənənəvi Azərbaycan xalçaçılığı”, “Ənənəvi kəlağayı sənəti”, “Nazik çörəyin hazırlanması və paylaşması mədəniyyəti”, “Dolmanın hazırlanması və paylaşması mədəniyyəti”, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib. Azərbaycanın yüksək mədəniyyətli ölkə kimi dünyaya tanıdılması, xalqımızın sahib olduğu mədəni irs örnəklərinin ümumbəşəri əhəmiyyətinin müvafiq beynəlxalq ali instansiyalar tərəfindən qəbul edilməsi və mühafizə altına alınması sahəsində fəaliyyət bu gün də durmadan davam etdirilir. Bu il Azərbaycan Respublikasının Prezidenti “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında “Xınalıq kəndi və Köç yolu” da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.
Alim vurğulayıb ki, çoxsaylı Azərbaycan mədəniyyəti örnəklərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına və Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahıya, Şəkinin sənətkarlıq və xalq yaradıcılığının, Bakı şəhərinin dizayn tematikasının isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsi, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə təşkili Azərbaycan mədəni irsinin ümumdünya əhəmiyyətini bir daha ortaya qoyub: “Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gərgin əməyinin, eləcə də onların milli-mədəni dəyərlərə verdiyi böyük önəmin ifadəsidir. Bakıda 2012-ci ildə “Xalq qəhrəmanı Koroğlu”, 2013-cü ildə “Kitabi-Dədə Qorqud” abidələrinin açılışı və Dədə Qorqud parkının salınması, Prezident İlham Əliyevin 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının, ilk dəfə tərcümə və nəşr edilməsinin 200 illiyi ilə bağlı olaraq imzaladığı Sərəncam epik folklor irsimizə yenidən qayıtmaq, onu yenidən öyrənmək və təbliğ etmək istiqamətində müstəsna rol oynayıb. Prezident İlham Əliyev 2021-ci ildə Azərbaycan aşıq şeirinin zirvəsi sayılan Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi və Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında da iki Sərəncam imzalayıb. Sərəncamlarla əlaqəli Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Dilçilik İnstitutu və s.) beynəlxalq və respublika səviyyəli tədbirlər keçirib, aşığın irsini yenidən əlavələr və şərhlərlə nəşrə hazırlayıb, ciddi elmi tədqiqat müstəvisinə gətirib, yeni elmi toplular və monoqrafiyalar çap ediblər.
Tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə münasibətdən danışarkən Prezidentin sərəncamları ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (2005) və Beynəlxalq Muğam Mərkəzinin (2005) yaradılması, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsi (2011), Azərbaycan Xalça Muzeyinin inşası və muzeyə yeni statusun verilməsi (2014) faktları da xüsusi qeyd edilməlidir. Prezidentin Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədi daşıyan “Çıraqqala-Şabran”, “Qədim Şəmkir şəhəri”, “Orta əsr Ağsu şəhəri” Dövlət tarix-mədəniyyət qoruqlarının yaradılması (2019), “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun tərkibinə daxil edilməsi (2019) barədə sərəncamları da xüsusi əhəmiyyətli mədəni hadisələr sırasındadır”.
Prezident İlham Əliyevin milli mədəniyyət, milli dəyərlərə bağlı siyasətinin təkcə ənənəvi mədəniyyət təzahürlərinin konservasiyası, qorunması və dünyaya tanıdılması məqsədi daşımadığını qeyd edən alim bildirib ki, dövlətimizin başçısı üçün milli-mədəni irs, milli folklor həm də milli düşüncəli, milli hissiyyatlı gənc nəslin yetişməsində mühüm rol oynayan, heç nə ilə əvəz edilə bilməyən bir məxəzdir. Milli ruhlu və sağlam əqidəli gənclik isə Azərbaycan dövlətinin gələcək mövcudluğunun qarantıdır. Prezident gənclərlə görüşündə gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasına dövlətin xüsusi diqqət yetirdiyini dəfələrlə vurğulayıb.
Elçin Abbasov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev xalqı öz ətrafında səfərbər edə bilən bacarıqlı və müzəffər sərkərdə kimi torpaqlarımızın işğal altında olmasına son qoyduqdan sonra, özünün Böyük Qayıdış planına uyğun olaraq, dağıdılmış bölgələrdə təkcə infrastruktur obyektlərinin, inzibati və yaşayış binalarının təməlini qoymayıb, eyni zamanda, milli-mədəni ab-havanın bərpası, mədəni dəyər daşıyan abidələrin həyata qaytarılması üçün xüsusi göstərişlər verib və sərəncamlar imzalayıb. Tarixi və dini ibadət yerlərimizin – məscidlərimizin, pir və türbələrimizin yenidən inşası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin bərpası (2021), Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisində “Tuğ Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu”nun yaradılması (2023), Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının həyata keçirilməsi (2023) bu işin səciyyəvi nümunələridir.
“Otuz illik fasilədən sonra – 2021-ci ildən etibarən Şuşada ölkə Prezidentinin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının yenidən təşkil edilməsi, bunun bir ənənəyə, hər il keçirilən xalq musiqisi bayramına çevrilməsi mədəniyyət tariximizin yeni səhifəsi kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının ənənəvi mədəniyyətinə, milli-mənəvi dəyərlərinə bağlılığından xəbər verir və bu bağlılığın əməli fəaliyyətdə gerçəkləşən miqyasını göstərir”, - deyə E.Abbasov fikrini yekunlaşdırıb.
Tehsil-press.az