Azərbaycan İlahiyyat İnstitutu Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda mayın 5-də respublika elmi konfransı keçirəcək.
Tədbir Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək. Tədbirin məqsədi şəhərin milli-mənəvi və sosial-mədəni irsinin tarix, ədəbiyyat, incəsənət, memarlıq, din və fəlsəfə kimi müxtəlif aspektlərdən araşdırılmasıdır.
Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, Şuşanın Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, Şuşada dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.
Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır. Məqalələrin mətni Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində martın 17-dək [email protected] elektron ünvanına göndərilməlidir.
Tehsil-press.az