Qazax Müəllimlər Seminariyası/ADA Universiteti Qazax Mərkəzində təhsil və mədəniyyətin vəhdəti mövzusunda konfrans keçirilib

Qazax Müəllimlər Seminariyası/ADA Universiteti Qazax Mərkəzində təhsil və mədəniyyətin vəhdəti mövzusunda konfrans keçirilib ADA Universiteti Qazaxda “Təhsil və mədəniyyətin vəhdəti: nümunələr və yeni missiya” mövzusunda konfrans keçirib. Konfrans Beynəlxalq Müəllimlər Gününü və Qazax Müəllimlər Seminariyasının bərpası üçün imzalanan Niyyət sazişinin ildönümü münasibətilə təşkil edilib.
Konfrans maarifpərvərlər torpağı olan Qazaxda bir müəllimin və bir sahibkarın manifestinə yeni səhifələr əlavə etmək üçün xeyriyyəçi tərəfdaşlarını, müəllim və tələbələrini, təhsil və mədəniyyət xadimlərini bir araya gətirib. Konfransda xeyriyyəçiliyin ictimai əhəmiyyəti, nəcib əməlləri ilə tarixi dəyərlərimizi canlandıran sahibkarların keçmişlə bu gün arasında qurduğu əlaqə və bu əlaqənin elmdəki, mədəniyyətdəki və müəllimlərin yetişdirilməsi prosesindəki təzahürü müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər