Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı və Türkiyənin Beynəlxalq Qabaqcıl Müəllimlər Dərnəyinin iştirakı ilə müəllimlərin beynəlxalq konfransı keçirilib.
Azərbaycanın və Türkiyənin ali və orta məktəblərinin bir qrup müəlliminin iştirakçısı olduğu “Müasir təhsilin prioritetləri-zamanın çağırışları” mövzusunda beynəlxalq konfrans və təlim turu zəngin proqramla yadda qalıb.
İstanbul Şəhər Universitetinin konfrans zalında keçirilən tədbirin açılışında tanınmış alim, pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadıqov, Türkiyədən professor Davud İbrahimoğlu, Təhsil İnstitutunun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət çıxış edərək iki ölkənin təhsil sisteminin məzmunu, yeni tədris-təlim üsullarından bəhs ediblər. Sonra konfrans iştirakçıları universitetin maddi-texniki bazası ilə tanış olublar.
Azərbaycanlı qonaqlarla görüş keçirən İstanbulun Üsküdar üzrə təhsil müdiri Sinan Aydın qardaş ölkədən gələn müəllimləri salamlayaraq məmnunluğunu ifadə edib. O, belə tədbirlərin əhəmiyyətini və qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb.
Sonra Beynəlxalq Qabaqcıl Müəllimlər Dərnəyinin ofisində Təhsil Cəmiyyətinin nümayəndələri və beynəlxalq konfransın iştirakçıları ilə İstanbulun müxtəlif məktəblərində çalışan qabaqcıl müəllimlərlə görüş təşkil edilib. Azərbaycanlı müəllimlər təqdimatlarla çıxış ediblər. Konfransda Türkiyə və Azərbaycanın təhsil işçiləri fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər.
Tədbir iştirakçıları İstanbulda təhsilsiz qalan azərbaycanlı uşaqlara məktəb yaradan “Maarifçi Qadınlar” İctimai Birliyinin sədri Şərqiyyə Məmmədovanın məktəbində tədrislə məşğul olan azərbaycanlı müəllim və şagirdlərlə görüşüblər. Azərbaycandan aparılan uşaq ədəbiyyatına dair kitablar, bayraqlar və digər hədiyyələr kollektivə təqdim edilib. İstanbul Şəhər Universitetinin kitabxanasına, Üsküdar təhsil müdirliyinə Azər Həsrətin “Mən tanıqlıq edirəm“ və İbrahim Məmmədovun "Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi" kitabları hədiyyə olunub.
Tədbirin sonunda konfrans iştirakçılarına beynəlxalq dərəcəli sertifikat, plaket və hədiyyələr verilib.

Günel Məlikova