Bakı Dövlət Universiteti (BDU) ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti arasında “Türkmənistan və Azərbaycan: ikitərəfli tərəfdaşlığın strateji mahiyyəti” mövzusunda onlayn konfrans keçirilib.
Tədbir Türkmənistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyinin təşkilati dəstəyi ilə təşkil olunub.
Konfransda BDU-nun rektoru Elçin Babayev, Məhtimqulu adına Türkmən Dövlət Universitetinin rektoru Bayramgül Orazdurdyeva, Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev, Azərbaycanın Türkmənistandakı səfirliyinin müşaviri Mikayıl Yusifov, hər iki universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Onlayn konfrans zamanı dövlətlərarası əməkdaşlıq məsələləri, iki ölkə arasında məhsuldar tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün prioritet istiqamətlər müzakirə edilib. İştirakçılar, həmçinin elmi-texniki, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi məsələlərinə və universitetlərarası əlaqələrin perspektivli sahələrinə xüsusi diqqət yetiriblər.
Tehsil-press.az