Co Bayden: İsrail Qəzzada xəstəxanaya hücumda iştirak etməyib

Co Bayden: İsrail Qəzzada xəstəxanaya hücumda iştirak etməyib ABŞ Prezidenti hesab edir ki, baş verənlərdə “qarşı tərəf” günahkardır
Qəzza zolağında yüzlərlə insanın ölümünə səbəb olan xəstəxanaya hücumda İsrailin əli yoxdur.
Bu barədə ABŞ Prezidenti Co Bayden Tel-Əvivdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə bildirib.
“Gördüklərimə görə, bunu siz (İsrail) yox, qarşı tərəf edib. Lakin bir çox insanlar buna əmin deyillər”, - deyə Amerika lideri deyib.
Ağ Evin rəhbəri tibb müəssisəsində baş verən partlayışdan dərin kədərləndiyini bildirib.
Baydenin sözlərinə görə, səfərinin məqsədi ABŞ-ın İsrailə dəstəyini dünyaya nümayiş etdirməkdir.
O, həmçinin əmin edib ki, Birləşmiş Ştatlar İsrail-Fələstin münaqişəsi fonunda Təl-Əvivin ehtiyac duyduğu bütün yardımların alınmasını təmin edəcək.
ABŞ Prezidenti günahsız fələstinlilərin həyatını qorumaq üçün lazım olan hər şeyi etməyə çağırıb.
Qeyd edək ki, Fələstin Prezidenti Mahmud Abbas Qəzzadakı xəstəxanaya hücumun qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq üçgünlük matəm elan edib.

Tehsil-press.az


Oxşar xəbərlər