ABŞ Rusiya ərazisindəki hədəflərə zərbə endirməmək şərti ilə Ukraynaya təxminən 20 ədəd ATACMS taktiki ballistik raketi verib.
Raketlərin Kiyevə verilməsi barədə qərar onların Ukraynaya tədarükü zamanı Rusiyanın mümkün zərbələrindən ehtiyat edildiyi üçün gizli saxlanılıb.
Kiyev həmin raketlərdən Rusiya ərazisinə zərbələr üçün istifadə etməmək barədə öhdəlik götürüb. Ukraynanın öhdəliyi Birləşmiş Ştatların Rusiya ərazisi kimi tanımadığı Krım, Donbas, Zaparojye və Xersonun işğal altında olan ərazilərinə şamil edilmir. Müvafiq öhdəliyin tələb olunması Rusiyanın qırmızı xətlərindən birinin keçilməsindən və müharibənin daha da genişlənməsindən ehtiyatlanan amerikalı rəsmilərin narahatlığı ilə bağlıdır.
Ağ evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Eydrienn Uotson Vaşinqtonun Kiyevə 165 kilometr uçuş məsafəsi olan ATACMS taktiki ballistik raketləri verdiyini təsdiqləyib.
Tehsil-press.az