Kiyevə qanadlı və ballistik raketlər atılmağa başlandı?..-Ukraynalı jurnalist

Kiyevə qanadlı və ballistik raketlər atılmağa başlandı?..-Ukraynalı jurnalist "Ukrayna Silahlı Qüvvələri müqavimət göstərir..."
İşğalçı Rusiya Kiyevdə qanadlı və ballistik raketlərdən istifadə edib.
Bu barədə ukraynalı jurnalist Andrey Tsaplienko özünün telegram-kanalında yazıb.
“Kiyevin strateji obyektlərinə qanadlı və ballistik raketlər atılır”, - o, açıqlamasında bildirib.
"GORDON"un Kiyevin Desnyansky rayonundakı müxbiri isə yerli vaxtla 4.55-dən 5.30-a qədər partlayışlara bənzər ən azı beş səs eşitdiyini söyləyib.
Kiyev və Xarkovda baş verən partlayışlar barədə Amerikanın "CNN" telekanalının hazırda bu şəhərlərdə işləyən müxbirləri və sosial şəbəkələrdəki ukraynalı siyasətçilər, jurnalistlər və sənətçilər də məlumat verirlər.
"Rusiya Ukraynaya hücum etdi, onun qoşunları bizim şimal sərhədlərimizi keçdi".
Bu məlumatı isə "Facebook"-da jurnalist Yuri Butusov verib.
“Ölkə boyu hərbi obyektlər, ilk növbədə, aviabazalar, hava hücumundan müdafiə hissələri və idarəetmə sistemləri hücuma məruz qalıb”, - jurnalist belə yazıb.
"Ukrayna Silahlı Qüvvələri müqavimət göstərir", - Butusov əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər