Gürcüstan hərbi aviasiyasının əhəmiyyətli hissəsi bərpa olunub və modernləşdirilib.
Bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamanı bildirib. Nazir deyib ki, hərbi təyyarə və helikopterlərin əhəmiyyətli hissəsi artıq yenilənib. Onun sözlərinə görə, ölkədə hərbi aviasiyanın bərpası və modernləşdirilməsi baxımından mühüm addımlar atılıb. Bu proses hazırda fəal şəkildə davam edir və gələcəkdə də davam etdiriləcək.
Bu gün Gürcüstanın hərbi aviasiyasında SU-25, UH-1H helikopterləri, həmçinin Mİ-8, MTV və Mİ-24 tipli helikopterlər saz vəziyyətdədir.
Həmçinin L39 və AN-2 döyüş təlimçilərinin hazırlanmasına, təlim təyyarələrinin bərpasına başlanılıb və yaxın vaxtlarda işlər başa çatdırılacaq.
Tehsil-press.az