Xorvatiyanın Müdafiə naziri Damir Krstiçeviç istefa verib.
Nazirin istefasına səbəb Xorvatiya hərbi hava qüvvələrinə məxsus təlim təyyarəsinin dünən qəzaya düşməsi və iki pilotun ölməsidir. ZLİN markalı təyyarə Zadar şəhəri üzərində təlim zamanı Adriatik dənizi sahillərinin yaxınlığında düşüb. Qəza nəticəsində ölkənin hərbi aviasiyasının təcrübəli pilotu və köməkçisi dünyasını dəyişib.
“Müdafiə Nazirliyinin hərbçilərini və hər hansı zabitini itirmək çox ağırdır. Hadisə ilə əlaqədar istintaqın aparılması vacibdir. Bu gün istefa verirəm”, - deyə Krstiçeviç bildirib.
Tehsil-press.az