Türkiyə Gürcüstana növbəti dəfə hərbi-texniki yardım göndərib

Türkiyə Gürcüstana növbəti dəfə hərbi-texniki yardım göndərib Türkiyənin Gürcüstanın Müdafiə Qüvvələrinə xüsusi hərbi-texniki yardımı davam edir.
Türkiyə və Gürcüstan hökumətləri arasında hərbi maliyyə əməkdaşlığına dair imzalanmış saziş çərçivəsində Gürcüstana növbəti dəfə texniki yardım gətirilib.
Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə hökumətinin göndərdiyi 11 təchizat texnikası, 2 mikroavtobus, 2 traktor və digər müxtəlif texniki vasitələrdən Marneuli aerodromunun maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün istifadə ediləcək.
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze xüsusi texnikaya baxış keçirib və onların imkanları ilə tanış olub.
Nazir logistik avadanlığa görə Türkiyə dövlətinə və səfir Fatma Ceren Yazqana təşəkkür edib.

Tehsil-press.az

Oxşar xəbərlər