BDU Avrasiya Universitetlər Birliyinin görüşündə təmsil olunub

BDU Avrasiya Universitetlər Birliyinin görüşündə təmsil olunub Bakı Dövlət Universiteti (BDU) Avrasiya Universitetlər Birliyinin (Eurasian Universities Union - EURAS) onlayn görüşündə təmsil olunub.
Görüşdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov iştirak edib. Tədbirdə EURAS, Avrasiya Ali Təhsil Sammiti (Eurasia Higher Education Summit -EURIE) və Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities – IAU) prezidenti, professor Mustafa Aydın açılış nitqi ilə çıxış edib.
Sonra İndoneziya, Estoniya və Türkiyədən olan mütəxəssislər çalışdıqları ali təhsil müəssisələrində tətbiq olunan qısamüddətli təhsil proqramlarına dair ən yaxşı təcrübələr haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan EURAS Avrasiyada yerləşən universitetləri əhatə edən qeyri-kommersiya təşkilatıdır. Bakı Dövlət Universiteti EURAS-ın üzvüdür.

Tehsil-press.az



Oxşar xəbərlər