Azərbaycan VIII Avrasiya Ali Təhsil Sammitində təmsil olunub

Azərbaycan VIII Avrasiya Ali Təhsil Sammitində təmsil olunub Türkiyənin İstanbul şəhərində keçirilən VIII Avrasiya Ali Təhsil Sammitində (EURIE 2023) ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin rəhbəri İsa Muradov və Beynəlxalq əlaqələr şöbəsinin böyük mütəxəssisi Natiq Məhəməliyev təmsil ediblər.
EURIE dünya üzrə 2500-ə qədər beynəlxalq təhsil mütəxəssisini birləşdirən platformadır. Sammitdə yüksək səviyyəli akademik liderlər, xaricdə təhsil koordinatorları, beynəlxalq marketinq və işə qəbul üzrə işçilər, universitetlərin beynəlxalq tələbə məsləhətçiləri və sektorun digər maraqlı tərəfləri iştirak edirlər.
Sammit çərçivəsində sərgi və konfranslar təşkil olunub. Burada sərgi iştirakçısı olan təşkilatlar üçün effektiv şəbəkələşmə, akademik əməkdaşlıq və biznesin inkişafı imkanları yaradılıb.
Qeyd edək ki, dünya üzrə 125-dən çox üzv və tərəfdaş institutu özündə birləşdirən EURIE Avrasiya Universitetlər İttifaqı tərəfindən rəsmi olaraq təsdiqlənib.

Tehsil-press.az


Oxşar xəbərlər