Professor İsmayıl Kazımov ilk dəfə olaraq müasir türk dillərinin morfosintaksisinin yaradılması təklifini irəli sürüb

Professor İsmayıl Kazımov ilk dəfə olaraq müasir türk dillərinin morfosintaksisinin yaradılması təklifini irəli sürüb Qazaxıstanın Türkistan şəhərində Xoca Əhməd Yəsəvi adına Türk-Qazax Universiteti Türkologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən iki ildə bir dəfə təşkil edilən X Beynəlxalq Türkologiya Konqresi keçirilib.
Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi şərəfinə təşkil olunan X Beynəlxalq Türkologiya Konqresi “Müasir Türkologiya: əsas paradiqmalar və disiplinlərarasılıq” mövzusuna həsr olunub.
Konqesdə Türkiyədən, Azərbaycandan, Özbəkistan, Qırğızıstandan və sair ölkələrdən alimlər iştirk edib. Tədbir Türkiyə Cümhuriyyətinin 100 illik yubuileyinə həsr olunub.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov “Türkcələrin morfosintaksisi” mövzusunda məruzə ilə çıxış edib.
İsmayıl Kazımov ilk dəfə olaraq müasir türk dillərinin morfosintaksisinin yaradılması təklifini irəli sürüb.

Tehsil-press.az


Oxşar xəbərlər