“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” - elmi konfrans

“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” - elmi konfrans AMEA-nın Tarix İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, Tarix İnstitutunun dissertantı Gülnar Paşayeva “Azərbaycanda internetin formalaşması və inkişafında Türkiyənin rolu” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi çıxışında Türkiyə Cümhuriyyətinin Azərbaycanın müstəqillik qazandıqdan sonra, digər strateji sahələrlə yanaşı, informasiya-telekommunikasiya sahəsinə verdiyi dəstəkdən söhbət açıb. Xüsusən də ölkəmizdə internetin milli infrastrukturunun əsasının qoyulmasında, TÜRKSAT vasitəsilə Azərbaycanın informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynadığını qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər