Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Azərbaycan-Türkiyə əməkdaşlığı: İKT, energetika, loqistika və ekoloji mühit” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın açılışında çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız, AzTU-nun rektoru Vilayət Vəliyev və MDU-nun rektoru Şahin Bayramov iki qardaş ölkənin tərəfdaş universitetləri arasında əməkdaşlığın davamlı inkişafından məmnunluqlarını bldiriblər. Diqqətə çatdırılıb ki, hər il mayın 17-də qeyd olunan Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü bu il “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə ən az inkişaf etmiş ölkələrin imkanlarının artırılması” mövzusuna həsr olunub. Bu günün beynəlxalq səviyyədə qeyd olunması cəmiyyətlərin informasiya-kommunikasiya texnologiyalarından istifadənin verdiyi imkanlara, eləcə də rəqəmsal fərqliliyin aradan qaldırılmasına diqqətini çəkmək məqsədi daşıdığı bildirilib. Bu kontekstdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən üçtərəfli elmi tədbirin önəmini vurğulayan rektorlar, habelə, regionda İKT, energetika, loqistika və ekologiya sahəsində mövcud əməkdaşlıq imkanlarının, perspektivlərinin dəyərləndirilməsi baxımından konfransın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonra konfrans 3 bölmə iclası ilə işini davam etdirib.
Tehsil-press.az