Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub Türkiyənin Milli Müdafiə Nazirliyinin tərkibindəki Makina və Kimya Sənayesi Korporasiyasının baş direktoru professor İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-nun fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verən rektor Vilayət Vəliyev müasir dövrdə mühəndislik universitetlərində tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.
Nümayəndə heyəti AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”, “Cezeri” laboratoriyası və digər mərkəzləri ziyarət edib. Ziyarət zamanı “Bilişim Vadisi Bakı”da təmsil olunan rezident şirkətlərin AzTU-da aparılan mühəndis hazırlığına faydaları, universitet-sənaye əməkdaşlığının inkişafında rolu, innovasiyaların dəstəklənməsinə verəcəkləri töhfələri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra tərəflər gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.

Tehsil-press.az


Oxşar xəbərlər