“Bilişim Vadisi” Bakı Mərkəzi yaradılacaq

“Bilişim Vadisi” Bakı Mərkəzi yaradılacaq Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.
İclasda texnopark qismində “Bilişim Vadisi” Bakı Mərkəzinin yaradılması ilə bağlı son vəziyyət, Türkiyə Respublikasının Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqat Mərkəzi (BİLGEM) ilə AzTU-nun əməkdaşlıq istiqamətləri və digər məsələlər müzakirə olunub.
Rektor Vilayət Vəliyev Türkiyəyə sonuncu səfəri zamanı Bilişim Vadisi və TÜBİTAK BİLGEM-də keçirdiyi görüşlər, müzakirə olunan məsələlər barədə şura üzvlərinə məlumat verib.
Qeyd olunub ki, “Bilişim Vadisi” Bakı Mərkəzinin 2023-cü ilin ikinci rübünədək fəaliyyətə başlaması planlaşdırılır. Bundan başqa, 2023-cü ildə tələbələrin kibertəhlükəsizlik istiqamətində BİLGEM-də təlimə göndərilməsi, həmçinin müəllimlərin BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən faydalanması da prioritet məsələlərdəndir.
Şura üzvləri Bilişim Vadisi ilə birgə yaradılacaq “Bilişim Vadisi” Bakı Mərkəzi, həmçinin AzTU-da kibertəhlükəsizlik sahəsinin gücləndirilməsi, bu istiqamətdə magistratura səviyyəsində yeni proqramların hazırlanması ilə bağlı bir sıra təkliflər səsləndiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər