İsveç hökuməti geri miqrasiyaya dəstək proqramının təhlilini aparmaq qərarına gəlib.
Proqram İsveçdə 1984-cü ildən icra edilir, lakin ötən il ərzində ondan cəmi iki nəfər yararlanıb. Təhlil Danimarka da daxil olmaqla, digər ölkələrin remiqrasiya təcrübəsini araşdıracaq.
“Məsələn, hərbi əməliyyatlardan qaçmaq üçün vətənlərini tərk etməli olan, lakin vəziyyət yaxşılaşdıqca geri qayıtmaq istəyən insanlara dəstək verilə bilər”, - ölkənin miqrasiya naziri Mara Malmer Stenerqard bildirib.
Geri miqrasiyanın vəziyyətinin araşdırılması əsnasında işin hansı qruplara yönəldilməli olduğu və geri miqrasiyanı artırmaq üçün hansı tədbirlərin, maddi təşviqlərin rol oynaya biləcəyi aydın olacaq.
“İsveç cəmiyyətinə inteqrasiya edə bilməyən insanlar var və onlar üçün remiqrasiya alternativ, daha yaxşı həyat qurmaq üçün fürsət ola bilər”, - deyə xristian demokratların miqrasiya siyasətinin nümayəndəsi İngemar Kilström deyib.
Sözügedən proqramın təhlilinin nəticələri 2024-cü il avqustun 1-dək açıqlanmalıdır.
Tehsil-press.az