Qərar verildi: Rohincalılar geri qayıdacaq

Qərar verildi: Rohincalılar geri qayıdacaq Banqladeş hökuməti Myanmadan qaçmış Rohinca müsəlmanlarını iki il ərzində geri qaytarmaqda kömək edəcək.
Bu barədə Banqladeş və Myanma hökumət nümayəndələri arasında danışıqların yekununda verilən bəyanatda deyilir.
Bəyanatda rohincaların repatriasiyasının nə zaman başlayacağı qeyd olunmayıb.
Eyni zamanda Myanma hökuməti geri qayıdan rohinca müsəlmanları üçün yaşayış sahələri ayırmağı öhdəsinə götürür.
Qeyd edək ki, hazırda Myanmada 30 minə yaxın rohincanın qəbul olunması üçün düşərgə tikilir.

Tehsil-press.az

Oxşar xəbərlər